Menyu

“Səma” marketdə saxta alkoqollu içkilər aşkarlanıb

Operativ Media
“Səma” marketdə saxta alkoqollu içkilər aşkarlanıb

Füzuli şəhəri, H.Əliyev prospektində yerləşən “Səma” marketdə Qida Təhlükəsizliyi Agentliyinin və Daxili İşlər Nazirliyinin RPŞ-nin əməkdaşları tərəfindən yoxlama keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Baxış zamanı marketdə müxtəlif əmtəə nişanlı saxta alkoqollu içkilərin satışa çıxarıldığı aşkarlanıb. İçkilərin orijinaldan fərqli doldurulduğu, başlıq hissəsinin təkrar bərkidildiyi, istehsal tarixlərinin qeyd edilmədiyi, köhnə etiketin üzərindən yeni etiketin vurulduğu müəyyən edilib.

Nümunələr götürülərək laborator müayinələrə cəlb edilib, məhsullar satışdan kənarlaşdırılıb. Araşdırmalar davam etdirilir.

Fotogalereya

Əlaqəli Xəbərlər