Menyu

1 nömrəli səfərbərlik nədir? - Müdafiə Nazirliyi izahlı məlumat yayıb

Operativ Media
1 nömrəli səfərbərlik nədir? - Müdafiə Nazirliyi izahlı məlumat yayıb

Azərbaycan Müdafiə Nazirliyi bir nömrəli səfərbərliklə bağlı izahlı məlumat yayıb.

Nazirlikdən Operativ Media-ya verilən məlumata görə, bir nömrəli səfərbərlik elan edildiyi halda Silahlı Qüvvələr tam döyüş hazırlığı vəziyyətinə gətirilir. Bu zaman ehtiyatda olan hərbi qulluqçuların çağırılması həyata keçirilir.

Bildirilib ki, səfərbərlik çərçivəsində hərbi hissələr döyüş mövqelərinə və ya əvvəlcədən müəyyən edilmiş təyin olunmuş ərazilərə çıxarılır.

Nazirlik qeyd edib ki, bu tədbirlər Silahlı Qüvvələrin operativ hazırlığının təmin edilməsi və mümkün təhlükələrə qarşı çevik reaksiya verilməsi məqsədi daşıyır.


Əlaqəli Xəbərlər