Mərakeş milli komandasının yeni baş məşqçisi postuna 2022-ci ildən ölkənin gənclərdən ibarət yığmalarında çalışan Məhəmməd Uabi təyin olunub.
Operativ Media xəbər verir ki, o, komandaya 4 il rəhbərlik etmiş Valid Reqraqini əvəzləyəcək.
Məhəmməd Uabinin məşqçilər korpusunda portuqaliyalı mütəxəssis Joao Sakramento da yer alacaq. Qeyd edək ki, Sakramento daha əvvəl "PSJ", "Roma", "Tottenhem" və "Lill" klublarında köməkçi məşqçi kimi fəaliyyət göstərib.
Mərakeş yığması 2026-cı il dünya çempionatında C qrupunda Braziliya, Şotlandiya və Haiti komandaları ilə mübarizə aparacaq.