Menyu

Tramp: "Oğlum Messinin böyük fanatıdır"

Əziz Əzizli
Tramp: "Oğlum Messinin böyük fanatıdır"

"Oğlum Messinin böyük fanatıdır".

Operativ Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə “İnter Mayami” klubunun şərəfinə təşkil olunmuş təntənəli qəbul zamanı deyib.

O, oğlu Barronun azarkeşlik etdiyi iki futbolçunun adını çəkib.

“Heç bir prezidentin demədiyi bir sözü demək mənim üçün böyük şərəfdir. Ağ Evə xoş gəlmisiniz, Lionel Messi! Oğlum Barron sizin böyük pərəstişkarınızdır. O, sizi sadəcə möhtəşəm bir insan hesab edir. O, sizin, eləcə də Ronaldu adlı cənabın böyük azarkeşidir... Kriştianu da böyükdür. Siz hər ikiniz bu idman növünün ən nəhəng simalarısınız”, – deyə Tramp qeyd edib.

Xatırladaq ki, 2025-ci ilin noyabrında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudun şərəfinə təşkil olunmuş mərasimdə Donald Tramp oğlunun Ronaldunun fanatı olduğunu qeyd etmiş və portuqaliyalı futbolçunu bütün zamanların ən böyük oyunçusu (G.O.A.T.) adlandırmışdı.

“İnter Mayami” heyəti Ağ Evə MLS Kubokundakı çempionluq münasibətilə təşrif buyurub. Bu, Messinin ABŞ Prezidenti ilə ilk görüşüdür. Qeyd edək ki, argentinalı ulduz 2025-ci ilin yanvarında – ölkəyə Co Bayden rəhbərlik etdiyi dövrdə Prezident Azadlıq Medalının təqdimetmə mərasimində iştirak edə bilməmişdi.

Əlaqəli Xəbərlər