Menyu

Linz Qran-Prisi: Azərbaycanın üç cüdoçusu mübarizəyə başlayır

Operativ Media
Linz Qran-Prisi: Azərbaycanın üç cüdoçusu mübarizəyə başlayır

Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirinin ilk günündə Azərbaycanın üç təmsilçisi mübarizə aparacaq.

Operativ Media xəbər verir ki, kişilər arasında -60 kq çəki dərəcəsində Murad Muradlı 1/8 final mərhələsində almaniyalı Maksim Taranla qarşılaşacaq.

-66 kq çəki dərəcəsində isə iki idmançımız tatamiyə çıxacaq. Ruslan Paşayev 1/16 finalda Eran Fiks (İsrail) - Yusuf Nurkoviç (Monteneqro) cütünün qalibi ilə, İslam Rəhimov isə Andreas Prokop (Avstriya) - Alessio De Luka (İtaliya) duetinin qalibi ilə üz-üzə gələcək.

Yarışın təsnifat mərhələsi saat 12:00-da "JudoTV" vasitəsilə, final bloku isə saat 20:00-da "CBC Sport" kanalında canlı yayımlanacaq.

Əlaqəli Xəbərlər