Menyu

Bütün dünya İranın Azərbaycana dron hücumunu qınayır - YENİLƏNİR

Operativ Media
Bütün dünya İranın Azərbaycana dron hücumunu qınayır - YENİLƏNİR

Operativ Media xəbər verir ki, müxtəlif ölkələr və beynəlxalq təsisatlar Azərbaycan ərazisinin 2026-cı il 5 mart tarixində İranın dron hücumuna məruz qalmasını pisləyən bəyanatlar yayıb.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Kaya Kallas İranın Azərbaycana dron hücumlarını pisləyib.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İranın Naxçıvana hücumunu pisləyib.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev Azərbaycan Respublikasının xarici işlər nazirinə zəng vurub.

Albaniyanın Baş naziri Edi Rama İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə həyata keçirdiyi hücumu və mülki infrastrukturun hədəfə alınmasını qətiyyətlə pisləyib.

Monteneqro İran tərəfindən Azərbaycanın Naxçıvan bölgəsinə hücumu qətiyyətlə pisləyir.

Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycana qarşı həyata keçirilən hücumlarla bağlı ciddi narahatlıq ifadə edib.

Pakistan prezidenti Türkiyə və Azərbaycan ərazilərinə düşən mərmilərdən narahatlığını bildirib.

Fransa bu gün səhər saatlarında İran tərəfindən Azərbaycanın Naxçıvan Beynəlxalq Hava Limanına edilən PUA hücumunu qətiyyətlə pisləyib.

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev İranın Naxçıvan Muxtar Respublikasına həyata keçirdiyi dron hücumu ilə bağlı bəyanat yayıb.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Azərbaycan Respublikasının ərazisinin İran dronları tərəfindən hədəfə alınmasını qətiyyətlə pisləyib.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.

Əlaqəli Xəbərlər