Ana səhifə / Siyasət / Pakistan prezidenti Türkiyə və Azərbaycan ərazilərinə düşən mərmilərdən narahatlığını bildirib Pakistan prezidenti Türkiyə və Azərbaycan ərazilərinə düşən mərmilərdən narahatlığını bildirib 05.03.2026, 22:20 Operativ Media Pakistan Prezidenti Asif Əli Zərdari bölgədəki vəziyyətdən narahatlığını ifadə edib.Operativ Media xəbər verir ki, o, bu barədə X-də paylaşım edib.Asif Ali Zardari bölgədə baş verən raket fəaliyyətindən, o cümlədən Türkiyə və Azərbaycan ərazilərinə düşən mərmilərdən narahatlığını bildirib.O maksimum ehtiyatın göstərilməsinə, gərginliyin azaldılmasına və dialoq yolu ilə regional sülh və sabitliyin qorunmasına çağırış edib.