Tramp: Vaşinqton İranın yeni Ali Rəhbərinin seçilməsində iştirak etməlidir
Operativ Media
ABŞ prezidenti Donald Tramp İranın gələcək rəhbərliyi ilə bağlı açıqlama verərək ali lider Əli Xameneinin oğlu Mojtaba Xameneinin mümkün namizədliyinin onun üçün qəbuledilməz olduğunu bildirib.
Operativ Media xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Tramp qeyd edib ki, İranın rəhbərliyinə ölkədə harmoniya və sülhü təmin edə biləcək bir şəxsin gəlməsini istəyir. Onun sözlərinə görə, Mojtaba Xamenei “zəif fiqurdur” və belə bir namizədin irəli sürülməsi vaxt itkisi olardı.
ABŞ prezidenti həmçinin İranın gələcək rəhbərinin müəyyənləşdirilməsi prosesində Vaşinqtonun da iştirak etməli olduğunu bildirib.
“Mən təyinat prosesində iştirak etməliyəm – Venesuelada olduğu kimi”, - deyə Tramp vurğulayıb.