Menyu

Albaniya: İranın Naxçıvana hücumu qəbuledilməzdir

Operativ Media
Albaniya: İranın Naxçıvana hücumu qəbuledilməzdir

Albaniyanın Baş naziri Edi Rama İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə həyata keçirdiyi hücumu və mülki infrastrukturun hədəfə alınmasını qətiyyətlə pisləyib.

Operativ Media xəbər verir ki, Edi Rama paylaşımında bildirib ki, Azərbaycan qonşu ölkələrlə əməkdaşlıq, inkişaf və rifahı ilə dünyada nümunə olan dəyərli dost və müttəfiqdir.

Azərbaycan xalqı təhlükəsizlik, hörmət və azadlıq haqqına malikdir və mülki əhalini hədəfə alan hər hansı hərəkət qəbuledilməzdir.

Baş nazir Tehran rejiminin mülki əhalini terror və təhdidlə qorxutmaq və sülhsevər qonşu ölkələri qeyri-sabitləşdirmək cəhdlərinin açıq şəkildə pislənməli olduğunu bildirib.

Rama vurğulayıb ki, suveren sərhədlərin pozulması və mülki obyektlərin hədəfə alınması zamanı təcavüz və terror arasında fərq yox olur.

O, bütün dövlətləri və beynəlxalq qurumları bu təcavüzkar rejimdən məsafə saxlamağa və onu açıq şəkildə “Terrorçu Dövlət” kimi tanımağa çağırıb.

“Biz Azərbaycanla, onun güclü rəhbərliyi və qürurlu xalqı ilə birgə dayanırıq. Təhlükəsizlik və sülh yolu aydın olmalıdır: təcavüz izolyasiya olunmalı və təcavüzkarlar qətiyyətlə pislənməlidir. Zorakılıq yolunu seçənlər, sülh yolunu seçənlərin birliyi ilə üzləşməlidir,” – Baş nazirin paylaşımında vurğulanıb.

Əlaqəli Xəbərlər