Menyu

Azərbaycan-İran dövlət sərhədində yük avtomobillərinin hərəkəti tam dayandırıldı

Operativ Media
Azərbaycan-İran dövlət sərhədində yük avtomobillərinin hərəkəti tam dayandırıldı

Nazirlər Kabineti Azərbaycan-İran dövlət sərhədindən yük avtomobillərinin hərəkətinin dayandırılması ilə bağlı qəbul edilən qərara dair məlumat yayıb.

Nazirlər Kabinetindən Operativ Media-ya daxil olan məlumatda deyilir:

"Məlumat verildiyi kimi, martın 5-də Azərbaycanın Naxçıvan Muxtar Respublikasına İran ərazisindən mülki infrastruktur hədəf alınmaqla pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirilib.

Naxçıvan Muxtar Respublikasının Beynəlxalq Hava Limanı, məktəb və digər istiqamətlər İran tərəfindən atəşə məruz qalıb. Hücumlar nəticəsində bir neçə mülki şəxs xəsarət alıb, hava limanının terminal binasına ziyan dəyib.

Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu hücumlar nəticəsində yaranmış mövcud vəziyyət nəzərə alınaraq, Azərbaycan-İran dövlət sərhədində bütün sərhəd-keçid məntəqələrindən yük avtomobillərinin hərəkətinin (o cümlədən tranzit məqsədilə yük avtomobillərinin hərəkətinin) müvəqqəti olaraq tam dayandırılması barədə Nazirlər Kabineti müvafiq qərar qəbul edib".

Əlaqəli Xəbərlər