Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib - YENİLƏNİB
Martın 5-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Türkiyə Prezidenti İran İslam Respublikası tərəfindən Naxçıvan Muxtar Respublikasına edilən dron hücumunu qınadığını deyib, qardaş Azərbaycan xalqına dəstəyini ifadə edib.
Dövlətimizin başçısı telefon zənginə və mövqeyinə görə Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.
18:48
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Operativ Media xəbər verir ki, telefon danışığı zamanı Naxçıvan Muxtar Respublikasına yönəlmiş hücum müzakirə edilib.
Söhbət zamanı tərəflər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Türkiyə Prezidenti hücumu qınayaraq, Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına baş vermiş hadisə ilə bağlı keçmiş olsun diləklərini çatdırıb.