Menyu

Kaya Kallas İranın Azərbaycana dron hücumlarını pisləyib

Operativ Media
Kaya Kallas İranın Azərbaycana dron hücumlarını pisləyib

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas İranın Azərbaycana dron hücumlarını pisləyib.

Operativ Media xəbər verir ki, Kallas İranın bu hərəkətini qəbuledilməz adlandırıb.

“İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikası bölgəsinə pilotsuz uçuş aparatları ilə etdiyi hücumlar tamamilə qəbuledilməzdir. Bu hücumlar İran tərəfindən gərginliyin daha da artırılmasıdır və müharibənin Yaxın Şərqdən kənara yayılması ehtimalını artırır.

Mən bu məsələ ilə bağlı xarici işlər naziri Ceyhun Bayramov ilə əlaqə saxladım və Avropa İttifaqının Azərbaycan hökuməti və xalqı ilə tam həmrəy olduğunu vurğuladım”, - Kallas qeyd edib.

Əlaqəli Xəbərlər