Azər Badamov: İran ölkəmizə qarşı keçirdiyi təxribatlarla əsl niyyətlərini nümayiş etdirir
“İran tərəfindən Naxçıvanın dron atəşinə tutulması molla rejiminin riyakarlıq və nankorluğunun göstəricisidir”.
Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Azər Badamov deyib.
O bildirib ki, Azərbaycan İranla qonşuluq münasibətlərinə yüksək hörmətlə yanaşaraq baş vermiş hadisələrə görə başsağlığı verib səfirliyin qarşısında gül çələngi qoydu:
“O cümlədən Livandakı iranlıların təxəliyyəsini təşkil edir. Həm də humanitar yardımların göndərməsini planlaşdırırdı. Amma İran isə namərdcəsinə mülki obyektlərimizi atəşə tutur.
Azərbaycanı belə təxribatlarla qorxutmaq mümkün deyil. Ölkəmizin öz ərazisinini müdafiə etmək üçün kifayət qədər gücü var. Amma İran isə ölkəmizə qarşı keçirdiyi təxribatlarla əsl niyyətlərini nümayiş etdirir.
Azərbaycan baş vermiş təxribata görə İrandan izahatını, üzr istənilməsini və təxribatda əli olanların cəzalandırılmasını tələb edir.
Tehranda səfirliyimizə qarşı təşkil olunmuş təxribatda da eyni, Azərbaycanı qorxutmaq məsədi daşıyırdı. Lakin ölkəmizin prinsipal mövqeyi İranı müvafiq addımıların atılmasına məcbur etmişdi. İndi də Azərbaycan dövləti İrandan müvafiq addımların atılmasını tələb edir. Azərbaycan İranda gedən müharibənin tərəfi deyil. Biz hətta ərazimizi başqa dövlətlərə İranda gedən müharibəyə dəstək üçün meydan olmasına imkan verməmişik. Amma İranın hərkətləri qəbuledilməzdir, beynəlxalq normalara ziddir və bütün məsuliyyət də onların üzərindədir”.