Azərbaycan və İsrail XİN rəhbərlərinin telefon danışığı olub - YENİLƏNİB
İsrail Dövlətinin xarici işlər naziri Gideon Sa"ar Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Operativ Media xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Telefon danışığı zamanı regionda artan təhlükəsizlik riskləri, xüsusilə hərbi gərginlik və bunun regional sabitliyə təsirləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov 5 mart 2026-cı il tarixində İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı dron hücumları barədə həmkarına məlumat verib.
Bu addımın ölkəmizin suverenliyinə və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu diqqətə çatdırılıb.
İsrail tərəfi bu hücumu pisləyib, onun qəbuledilməz olduğunu qeyd edib və ölkəmizlə həmrəy olduğunu bildirib.
18:12
Azərbaycan və İsrail XİN rəhbərlərinin telefon danışığı olub.
Operativ Media xəbər verir ki, bu barədə İsrail XİN rəhbəri Gideon Saar “X”də bildirib.
O, Ceyhun Bayramovla telefon danışığı zamanı “İranın Azərbaycana qarşı qəsdən və açıq təcavüzünü pislədiyini” bildirib.
Saar qeyd edib ki, bu, tamamilə qəbuledilməzdir.