Menyu

Azərbaycan yeniyetmələr arasında Avropa Kubokunda 22 cüdoçu ilə təmsil olunacaq

Operativ Media
Azərbaycan yeniyetmələr arasında Avropa Kubokunda 22 cüdoçu ilə təmsil olunacaq
7–8 mart tarixlərində Türkiyənin Antalya şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku keçiriləcək.
Operativ Media xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 10 çəki dərəcəsində 22 cüdoçu (3 oğlan, 19 qız) ilə təmsil olunacaq. Milli komandamıza yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.
Turnirdə 22 ölkədən 578 idmançı (342 oğlan, 243 qız) mübarizə aparacaq. Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Arzu Acalova da yer alacaq. 
Heyəti təqdim edirik:
Oğlanlar 
-50 kq
Fərid Rzazadə 
Ülvi Cəlilzadə
-81 kq
Mehdi Məhəmmədəli 
Qızlar
-40 kq
Sunay Salamova
Zəhra Quliyeva
-44 kq
Nigar Heydərzadə
Pərvin Sevxanlı
Fatimə Abdullayeva 
Ayan Həsənli 
-48 kq
Könül Eyvazlı
Fatimə Fərmanzadə
-52 kq
Tövsiyyə Babayeva
Məleykə Mürsəliyeva 
-57 kq
Səma Vəlizadə
Yağmur Əhmədzadə
Səmayə Yusifli 
-63 kq
Zilan Hüseynli 
Pəri Məmmədli 
Türkan Məmmədli 
-70 kq 
Məsumə Məmmədli 
Rəna Əhmədova 
+70 kq
Zemfira Əliyeva

Əlaqəli Xəbərlər