Menyu

Azərbaycan və Almaniya arasında "yaşıl iqtisadiyyat" üzrə əməkdaşlıq genişlənir

Operativ Media
Azərbaycan və Almaniya arasında "yaşıl iqtisadiyyat" üzrə əməkdaşlıq genişlənir

İqtisadiyyat nazirinin müavini Anar Axundov Alman-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Nargis Viyekin rəhbərlik etdiyi alman iş adamlarından ibarət nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən Operativ Media-ya bildirilib ki, görüş çərçivəsində bərpaolunan enerji mənbələri, dayanıqlı sənaye, enerji səmərəliliyi, sənayenin dekarbonizasiyası, hidrogen texnologiyaları və innovativ maliyyə mexanizmləri sahələrində əməkdaşlıq imkanlarının ətrafında müzakirələr aparılıb.

Tərəflər Almaniya iş adamlarının ölkəmizə investisiya imkanlarının araşdırılması və institusional əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Əlaqəli Xəbərlər