İran rəsmisi Naxçıvana dron hücumu edilməsini təkzib edib
Operativ Media
İran rəsmisi Naxçıvana dron hücumu edilməsini təkzib edib.
Operativ Media xəbər verir ki, bu haqda İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi Azərbaycanın “AnewZ” kanalına danışıb.
“Biz qonşu ölkələrimizə hücum etmirik. Bu insident barədə sizdən eşidirəm. Bu məlumatı, onun mənbəyini araşdırıb sonra sizə cavab verə bilərəm”, - o deyib.
⚡️İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi Azərbaycanın "AnewZ" kanalına verdiyi müsahibədə İranın Azərbaycana zərbə endirmədiyini bildirib.https://t.co/Dz5yVohxvapic.twitter.com/BJUZhWZdjw
— IRAN Emb. in R.Azerbaijan (@IRANINBAKU) March 5, 2026