"Sent-Etyenn" Vadjini sata bilər
Əziz Əzizli
"Sent-Etyenn” mövsümün əvvəlində “Qarabağ”dan 1,6 milyon avro qarşılığında transfer etdiyi İbrahima Vadji ilə vidalaşa bilər. Seneqallı forvardın çıxışı II liqa təmsilçisinə onun satışından gəlir əldə etmək ümidi verib.
"Operativ Media" xəbər verir ki, Fransa klubu rəhbərliyi hesab edir ki, son 5 oyunda 3 qol vuran Vadji məhsuldarlığını davam etdirəcəyi halda, yayda onun satışından gəlir qazanmaq mümkün olacaq. Fransızlar indidən hücum xəttinə axtarışlara başlayıb. Klub Vadjinin gedişi ilə yaranacaq boşluğu doldurmaq üçün variantlara baxır.
Qeyd edək ki, Vadji bu mövsüm “Sent-Etyenn”in heyətində Liqa 2-də 6 qola imza atıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net