Menyu

Suraxanı rayonunun bu ərazilərində işıq olmayacaq

Operativ Media
Suraxanı rayonunun bu ərazilərində işıq olmayacaq

Martın 5-də Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 35/6 kV-luq 360 saylı yarımstansiyada Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq.

Operativ Media xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bununla əlaqədar olaraq saat 11:00-dan 15:00-dək Hövsan kəndi Ağadadaş Müniri, Cavad bəy Şıxlinski, Hövsan qəsəbəsi 44 və 172-ci Hövsan küçələri, Hövsan Bağlar massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Əlaqəli Xəbərlər