Menyu

Azərbaycan və London arasında hava nəqliyyatı infrastrukturuna investisiyaların cəlb edilməsi müzakirə edilib

Operativ Media
Azərbaycan və London arasında  hava nəqliyyatı infrastrukturuna investisiyaların cəlb edilməsi müzakirə edilib

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Londonda “BlackRock” şirkətinin Maliyyə və Strateji İnvestorlar Qrupunun qlobal rəhbəri Çarlz Hatami ilə görüş keçirib.

Operativ Media xəbər verir ki, bu barədə nazir sosial media hesabında paylaşım edib.

Görüşdə Davosda cənab Prezident İlham Əliyev tərəfindən “BlackRock” və onun törəmə şirkəti “Global Infrastructure Partners” ilə imzalanmış Niyyət Memorandumu çərçivəsində əməkdaşlığın inkişafı məsələlərini müzakirə edilib.

Həmçinin rəqəmsal infrastruktura, süni intellekt ekosisteminə, regional məlumat mərkəzinin qurulmasına və hava nəqliyyatı infrastrukturuna investisiyaların cəlb edilməsi ilə əlaqədar birgə işlərin ilkin nəticələri barədə fikir mübadiləsi aparılıb.

Fotogalereya

Əlaqəli Xəbərlər