“Sumqayıt” FK-nın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Vaqif Cavadov “PRO” kateqoriyalı məşqçilik kursları çərçivəsində Belçikanın “Vesterlo” klubunda təcrübədə olub.
Operativ Media xəbər verir ki, səfər zamanı həm əsas komandanın, həm də “Vesterlo” akademiyasının məşqlərini izləyən Cavadov bu əsnada komandanın bir sıra rəsmiləri ilə görüşüb, onlarla bir sıra məsələlərdə fikir mübadiləsi aparıb.