Menyu

"Şamaxı"nın baş məşqçisi: "Uşaqlar sona qədər vuruşdular"

Operativ Media
"Şamaxı"nın baş məşqçisi: "Uşaqlar sona qədər vuruşdular"

"Şamaxı" Bizon Azərbaycan Kubokubun 1/4 final mərhələsinin cavab görüşündə "Qarabağ"a 1:3 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

Operativ Media  xəbər verir ki, qonaqların baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Üzücü məğlubiyyət oldu. İlk oyunda qalib gəlsək də, bilirdik ki, bizi çətin cavab görüşü gözləyir. İlk 10 dəqiqə bizim üçün yaxşı olmadı. 10-cu dəqiqədən sonra həm qol vurduq, həm də qol epizodlarımız oldu. İkinci hissədə rəqibin təzyiqini gözləyirdik. Müdafiə planında səhvlər etdik. Buna baxmayaraq uşaqlar sona qədər vuruşdular. Sonuncu dəqiqədə penaltini yerinə yetirə bilsəydik, bəlkə əlavə vaxtda şanslarımız olardı. Dörd gündən bir oynamaq öz sözünü deyir. Premyer Liqanın 3-cü dövrəsinə hazırlaşacağıq. Kubok bizim üçün bitdi. Rəqibi təbrik edirəm.

- Penaltini Abdullahi Şuaybu vurmaq istəyirdi, amma Kərim Rossi vurdu. Bunu necə şərh edərdiz?

- Bizdə iki penalti vuran var, Rikardo və Kərim. Rikardo da bir kubok oyununda vura bilməmişdi. Kərim 3 penalti yerinə yetirib. Yorğunluq, oyunun stressi var idi. Qismət.

- Premyer Liqanın son oyunundan sonra PFL-lə bağlı açıqlamanız oldu. Buna cavab gəldi?

- Danışıqlarımız oldu. Hamımız istəyirik ki, meydançalarımız yaxşı olsun, şərait günü-gündən inkişaf etsin. PFL-də çalışanlarla bizim çoxdan əlaqəmiz var. Bir anlaşılmazlıq olmuşdu. Onlara da uğurlar arzulayıram, bizə də. Bir-birimizi başa düşdük, heç bir problem yoxdur.

Əlaqəli Xəbərlər