"Barselona"nın müdafiəçisi bir aylıq sıradan çıxdı
"Barselona"nın müdafiəçisi Jül Kunde İspaniya Kubokunun yarımfinal mərhələsində "Atletiko"ya qarşı keçirilən cavab oyununda (3:0) zədə alıb. Ayağındakı problem səbəbindən o, matçın 13-cü dəqiqəsində Alexandro Balde ilə əvəzlənib.
Operativ Media "L'Equipe" nəşrinin jurnalisti Treysi Rodriqoya istinadən xəbər verir ki, 27 yaşlı fransalı futbolçu ciddi zədədən yayına bilsə də, onun bərpası üçün təxminən bir ay vaxt lazımdır. Cari mövsümdə Kunde bütün turnirlər daxil olmaqla 39 matçda iştirak edib, 3 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, Madrid təmsilçisi ilk oyunda 4:0 hesabı ilə qələbə qazandığı üçün iki oyunun nəticəsinə görə finala vəsiqə qazanıb. "Atletiko"nun finaldakı rəqibi "Atletik" – "Real Sosyedad" cütünün (ilk oyun — 0:1) qalibi olacaq.