Tramp Rza Pəhləvinin hakimiyyətə gəlməsinə münasibət bildirib
ABŞ Prezidenti Donald Tramp İran İslam Respublikasının mötədil bir lider tərəfindən idarə oluna biləcəyini bildirib.
Operativ Media xəbər verir ki, Tramp bu açıqlamanı Ağ Evdə Almaniya kansleri Fridrix Merts ilə görüşü zamanı verib.
Prezident həmçinin son İran şahının böyük oğlu Rza Pəhləvinin ölkəyə rəhbərlik etməsi məsələsinə münasibət bildirərək deyib ki, daxildən populyar və mülayim bir liderin hakimiyyətə gəlməsi daha məqsədəuyğundur.
"Hazırda orada olan, populyar biri - varsa, o, ölkəyə rəhbərlik edə bilər. Amma bizdə belə insanlar var. Bizdə daha mülayim insanlar var" , - deyə o bildirib.
Tramp əlavə edib ki, ən pis ssenari odur ki, ABŞ müdaxiləsi nəticəsində əvvəlkindən yaxşı olmayan bir şəxs hakimiyyətə gəlir və bütün proseslər səmərə vermir.