Menyu

Qətər İrana zərbələr endirib ? - YENİLƏNİB

Operativ Media
Qətər İrana zərbələr endirib ? - YENİLƏNİB

Qətər ABŞ və İsrailin İrana qarşı əməliyyatında iştirak etməyib və ordusu yalnız özünümüdafiə hüququ çərçivəsində İranın hücumlarını dəf edir.

Operativ Media xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari açıqlama verib.

Diplomat sosial şəbəkə platforması X-də paylaşım edərək bildirib ki, Qətər dövləti İranla müharibədə iştirak etməyib, yalnız özünümüdafiə hüququndan istifadə edir və İranın öz ərazisinə qarşı təcavüzünün qarşısını alır.

Əl-Ənsari həmçinin medianı Qətərlə bağlı hadisələri işıqlandırarkən etibarlı mənbələrə istinad etməyə çağırıb.

19:31

Qətər İrana zərbələr endirib.

Operativ Media xəbər verir ki, bu addım Dohadakı Həməd Beynəlxalq Hava Limanına hücum cəhdinin qarşısının alındığının açıqlanmasından sonra atılıb.

Məlumata görə, Qətər tərəfi hava limanına yönəlmiş hücum təşəbbüsünü dəf etdiyini bəyan edib.

Hücumun mümkün hədəfləri və nəticələri daxil olmaqla baş verənlərin təfərrüatları hələlik açıqlanmır.

Əlaqəli Xəbərlər