Menyu

Cüdo üzrə kişilər arasında Liqa yarışının start tarixi bəlli oldu

Operativ Media
Cüdo üzrə kişilər arasında Liqa yarışının start tarixi bəlli oldu

Martın 6-da cüdo üzrə kişilər arasında Liqa yarışının I turu keçiriləcək.

Operativ Media xəbər verir ki, turnirdə 51 klub və idman cəmiyyətini təmsil edən 301 idmançı 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Bu il kişilər arasında Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır. Turların yekununa əsasən idmançıların reytinq siyahısı formalaşacaq.

Yarışları izləmək üçün Abşeron Olimpiya İdman Kompleksinin arenasına giriş sərbəstdir.

Əlaqəli Xəbərlər