Azərbaycan taekvondoçuları Moldovada 7 medal qazanıblar
Azərbaycan taekvondoçuları Kişineu şəhərində keçirilən "Moldova Open" beynəlxalq turnirində uğurlu çıxış ediblər.
Azərbaycan Taekvondo Federasiyasından Operativ Media-ya verilən məlumata görə, idmançılar ümumilikdə 7 medal (4 qızıl, 2 gümüş, 1 bürünc) qazanıblar.
İnci Rahova ( 27 kiloqram) uşaqlar arasında qızıl medal qazanıb. Yeniyetmələrdə isə Aylin Məmmədzadə (29 kiloqram) və Ümid Səfiyarlı (53 kiloqram) birinci olublar.
Yeniyetmə B kateqoriyasında 37 kiloqram çəki dərəcəsində yarışan Zeynal Abışov da turniri qızıl medalla başa vurub.
Bu yaş kateqoriyasında 29 kiloqram çəki dərəcəsində çıxış edən Ahu İsgəndər və 33 kiloqramda mübarizə aparan Ayxan Xanmədlili gümüş medal qazanıblar. 33 kiloqram çəki dərəcəsində yarışan Mədinə Hənifəyeva isə turniri bürünc medalla tamamlayıb.