Menyu

Stolüstü tennis üzrə ölkə çempionatı keçirilir

Operativ Media
Stolüstü tennis üzrə ölkə çempionatı keçirilir

Bu gün stolüstü tennis üzrə ölkə çempionatı start götürüb.

Operativ Media xəbər verir ki, “Şüa İdman Kompleksi”ndə təşkil olunan yarışa paytaxt Bakı ilə yanaşı digər şəhər və rayonların təmsilçiləri qatılıblar.

Açılış mərasimində çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslam və federasiyanın baş katibi Könül Mikayılova iştirakçılara uğurlar arzulayıb. Komanda, şəxsi, qoşa və qarışıq qoşa növləri üzrə keçirilən çempionata martın 6-da yekun vurulacaq.

Fərqlənən idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin ASTF-nin mükafatları təqdim olunacaq.

Əlaqəli Xəbərlər