Türkiyənin “Fənərbağça” klubu İngiltərə təmsilçisi “Mançester Yunayted”in futbolçusu Ceydon Sanço ilə maraqlanır.
Operativ Media xəbər verir ki, bu barədə “Fotomaç” məlumat yayıb.
Superliqa təmsilçisi 25 yaşlı ingilis oyunçunu yay transfer dönəmində heyətinə qatmaq niyyətindədir.
İngiltərə mətbuatında yer alan məlumata görə, “sarı-lacivərtlilər” Ceydon Sanço ilə danışıqlara başlayıb. "Qırmızı Şeytanlar" Sançonun yayda azad agent olaraq komandadan ayrılmasına razıdır.
Qeyd edək ki, hazırda “Aston Villa”da icarə əsasında çıxış edən Ceydon Sanço cari mövsüm klubun heyətində keçirdiyi 25 oyunda bir qol vurub.