Menyu

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Operativ Media
Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Martın 2-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-nin mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 128, o cümlədən borclu şəxs qismində axtarışda olan 102 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.    

Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

Əlaqəli Xəbərlər