DÇ: Azərbaycan millisi Şimali Makedoniya ilə qarşılaşacaq
Bu gün qadın futbolçulardan ibarət Azərbaycan milli komandası 2027-ci il dünya çempionatının seçmə mərhələsində mübarizəyə start verir.
Operativ Media xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan yığmamız seçmə mərhələ çərçivəsində ilk sınağında Şimali Makedoniya komandasını qəbul edəcək.
“Dalğa Arena”da təşkil olunacaq qarşılaşma saat 15:00-da başlayacaq və “İdman TV” vasitəsilə canlı yayımlanacaq. Görüşün idarə olunması Polşadan olan hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Anna Adamska olacaq, ona yan xətt hakimləri Yulia Bukaroviç və Angelika Novak kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mixalina Diakov yerinə yetirəcək.
Matçın hakim-inspektoru italiyan Qraziella Pirriatore, UEFA nümayəndəsi isə türkiyəli Sərtan Kırağasıdır.