Menyu

"Xetafe" 18 il sonra "Real Madrid"i səfərdə məğlub etdi

Operativ Media
"Xetafe" 18 il sonra "Real Madrid"i səfərdə məğlub etdi

"Xetafe" İspaniya çempionatının 26-cı turunun səfər matçında "Real"a qalib gəlib (1:0).

Operativ Media xəbər verir ki, "Xetafe" sonuncu dəfə "Santyaqo Bernabeu" stadionunda 2008-ci ildə qələbə qazanmışdı — həmin vaxt La Liqanın 25-ci turunun oyunu qonaqların 1:0 hesablı xeyrinə başa çatmış, yeganə qolu isə İkeçukvu Uçe vurmuşdu.

Eyni zamanda, "Opta"nın məlumatına görə, 2 mart 2026-cı il tarixli görüşdə Martin Satrianonun vurduğu qol Madrid ətrafı təmsilçisinin ən azı 2004/05 mövsümündən bəri La Liqa çərçivəsində "Bernabeu"da "Real"ın qapısına cərimə meydançasından kənardan vurduğu cəmi dördüncü qol olub. "Xetafe" futbolçuları buna sonuncu dəfə 2015-ci ildə Dieqo Kastronun ifasında nail olmuşdular.

Əlaqəli Xəbərlər