Tramp: İrana güclü zərbə endirəcəyik
ABŞ Prezidenti Donald Trump İrana qarşı hərbi əməliyyatın əhəmiyyətli dərəcədə gücləndiriləcəyini və ən böyük zərbə dalğasının tezliklə həyata keçiriləcəyini bəyan edib.
Operativ Media xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə CNN-ə açıqlamasında danışıb.
“Biz onların arasında xaos yaradırıq və bu, çox yaxşı gedir. İrana güclü zərbə endirəcəyik. Əməliyyat çox yaxşı gedir”, – deyə Tramp bildirib.
O əlavə edib ki, əməliyyatın ən genişmiqyaslı mərhələsi hələ başlamayıb: “Biz hələ ciddi zərbələr endirməyə başlamamışıq. Böyük dalğa hələ başlamayıb, amma tezliklə başlayacaq”.
Donald Tramp həmçinin qeyd edib ki, ABŞ regionda uzunmüddətli münaqişədə maraqlı deyil: “Mən düşünürdüm ki, bu, dörd həftə çəkəcək və biz qrafikdən bir az qabağıq”.
Jurnalistin İran xalqına hərbi əməliyyatdan başqa hansı dəstəyin göstərildiyi ilə bağlı sualını cavablandıran prezident əlavə yardımın da verildiyini bildirib.
“Bəli, belədir. Lakin hazırda biz istəyirik ki, hamı evdə qalsın. Küçə də təhlükəsiz deyil. Vəziyyət daha da təhlükəsiz olmağa başlayacaq”, – deyə o vurğulayıb.