Prezident: “Bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək”
Nərmin Qocamanlı
"Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək".
"Operativ Media" xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində xalqa müraciətində söyləyib.
Dövlət başçısı bildirib ki, bizim həm gücümüz, həm dostlarımız, dünyada güclü mövqelərimiz və güclü iradəmiz var: "Müharibə dövründə və müharibədən sonrakı dövrdə biz bunu nümayiş etdirmişik".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net