Sürət həddini aşmağa görə cərimə nə qədərdir? - MƏBLƏĞ
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328-ci maddəsi yol hərəkəti təhlükəsizliyinin təmin olunması istiqamətində əsas hüquqi mexanizmlərdən biri kimi sürət həddinin aşılmasına görə inzibati məsuliyyəti müəyyən edir.
Mövzu ilə bağlı Operativ Media-ya danışan Vəkil Turan Abdullazadə bildirib ki, qanunvericilikdə sürət həddinin neçə kilometr/saat aşılmasından asılı olaraq fərqli məbləğlərdə cərimələr nəzərdə tutulub və hər bir pozuntu dərəcəsinə uyğun məsuliyyət tədbiri tətbiq edilir.
Məcəllənin 328-ci maddəsinə əsasən, sürət həddinin:
● 10-20 km/saat aşılmasına görə 10 manat,
● 21-40 km/saat aşılmasına görə 50 manat,
● 41-60 km/saat aşılmasına görə 200 manat,
● 61 km/saat və daha artıq aşılmasına görə isə 300 manat məbləğində cərimə tətbiq olunur.