Türkiyə XİN rəhbəri Xocalı soyqırımı ilə bağlı paylaşım edib
Operativ Media
Türkiyənin xarici işlər naziri Hakan Fidan Xocalı soyqırımı ilə bağlı paylaşım edib.
Operativ Media xəbər verir ki, nazir bu barədə "X" sosial media hesabında yazıb.
“Xocalı qətliamının 34-cü ildönümündə həyatını itirən azərbaycanlı qardaşlarımızı rəhmətlə anıram. Qardaş Azərbaycanın acısını qəlbimizin ən dərinliyində hiss edirik.
Türkiyə "tək millət, iki dövlət" anlayışı ilə hər zaman Can Azərbaycanın yanındadır”,- o qeyd edib.