34 il sonra Xocalının azyaşlı sakininə eyni sual verildi - VİDEO
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı rayonunun Xanabad kəndinə sakinlərlə görüşüblər.
Operativ Media xəbər verir ki, Prezident 34 il sonra Xocalının azyaşlı sakininə eyni sual verib.
34 il əvvəl Milli Qəhrəman Çingiz Mustafayev Xocalının azyaşlı sakininə "Adın nədir?" sualı ilə müraciət edir.
Həmin görüntülərdə danışan Ləfxanım adlı Xocalı sakininin dedikləri illərlə hər bir azərbaycanlının yaddaşına kədər simvolu kimi həkk olunur.
Bu gün Xocalı azaddır, sakinlər öz doğma yurdlarına qayıdırlar. Prezident İlham Əliyev ötən gün Xocalıda azyaşlı sakinə həmin doğma sualla - "Adın nədir?" deyə müraciət etdi. Uşaq isə gülümsəyərək adının Duyğu olduğunu bildirdi.
Xocalıda artıq uşaqlar qorxu içində deyil, gülümsəyərək, xoşbəxt yaşayırlar və yaşayacaqlar.