"Qalatasaray"ın heyətində "Qarabağ"a qarşı oynamayacaq 3 futbolçunun adı məlum oldu
Əziz Əzizli
Martın 26-da BOS-da "Qarabağ"la yoldaşlıq görüşü keçirəcək "Qalatasaray" klubunda Bakıya gəlməyəcək 3 futbolçunun adı məlum olub.
"Operativ Media" xəbər verir ki, Türkiyə millisinin 2024-cü il Avropa Çempionatının seçmə mərhələsində Ermənistan və Xorvatiya qarşı keçiriləcək heyətinə "Qalatasaray"dan Abdulkerim Bardakçı, Kerem Aktürkoğlu və Barış Alper Yılmaz seçilib.
Qeyd edək ki, hər 3 futbolçu "Qarabağ"a qarşı forma geyinə bilməyəcək.
Teqlər:
"\"Qalatasaray\"ın heyətində \"Qarabağ\"a qarşı oynamayacaq 3 futbolçunun adı məlum oldu"