Menyu

Türkiyə XİN başçısı Misirə səfər edəcək

Nərmin Qocamanlı
Türkiyə XİN başçısı Misirə səfər edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Misirin xarici işlər naziri Samih Şükrünün dəvəti ilə sabah Misirə rəsmi səfər edəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Səfər çərşivəsində Türkiyə-Misir XİN başçıları arasında görüş keçiriləcək. Görüş zamanı ikitərəfli münasibətlərinin bütün aspektlərinin müzakirə ediləcəyi, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacağı gözlənilir.

Qeyd edək ki, Çavuşoğlu 11 ildən sonra  Misirə səfər edən ilk Türkiyə xarici işlər naziri olacaq.

Xatırladaq ki, Samih Şükrü Kahramanmaraşda baş verən zəlzələlərdən sonra həmrəylik və başsağlığı vermək üçün fevralın 27-də Türkiyəyə səfər edib və Çavuşoğlu ilə görüşüb.

Misir, hənçinin, zəlzələdən zərər çəkənlər üçün Türkiyəyə humanitar yardım da göndərib.

 

Nərmin Qocamanova

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər