ABŞ Prezidenti Donald Tramp Yaponiyanın Baş naziri Sanae Takaiçinin martın 19-da Ağ Evə səfər edəcəyini açıqlayıb.
Operativ Media xəbər verir ki, Tramp fevralın 8-də Yaponiyada keçiriləcək seçkilərlə bağlı danışarkən Sanae Takaiçini güclü, qüdrətli və müdrik, eyni zamanda ölkəsini həqiqətən sevən bir lider kimi xarakterizə edib və ona dəstəyini ifadə edib.