Menyu

Ərdoğan Səudiyyə Ərəbistanı şahzadəsi ilə görüşüb - YENİLƏNİB 2

Operativ Media
Ərdoğan Səudiyyə Ərəbistanı şahzadəsi ilə görüşüb - YENİLƏNİB 2

Türkiyə Fələstində davamlı sülhün təmin edilməsi və Qəzzanın yenidən qurulması üçün səylərini davam etdirir.

Operativ Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud ilə Ər-Riyadda baş tutan görüşdə deyib.

Türkiyə Prezidenti Qəzzada böhranın tezliklə sona çatdırılması üçün səyləri artırmaq lazım olduğunu qeyd edib.

Bundan başqa, Yəməndəki son vəziyyət və Şərqi Afrikadakı hadisələr də müzakirə olunub.

Qeyd edək ki, Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında dörd saziş imzalanıb və birgə bəyanat qəbul edilib.

18:57

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfərdə olduğu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda şahzadə Məhəmməd bin Salman ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanına səfəri fevralın 3-də başlayıb.

16:42

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanında səfərdədir.

Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Türkiyə liderinin keçirəcəyi görüşlərdə regional proseslər və iqtisadi əməkdaşlıq məsələləri ön planda olacaq. Görüşlərdə həmçinin Vaşinqton-Tehran xəttindəki gərginliyin müzakirəsi nəzərdə tutulub.

Ərdoğanın daha sonra fevralın 4-də Misirə səfəri planlaşdırılır.

Əlaqəli Xəbərlər