Menyu

Qırğızıstan Baş naziri BƏƏ-nin vitse-prezidenti ilə görüşüb

Operativ Media
Qırğızıstan Baş naziri BƏƏ-nin vitse-prezidenti ilə görüşüb

Qırğızıstan Baş naziri Adilbek Kasımaliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti Şeyx Mansur bin Zayed əl-Nəhyan ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Danışıqlar qarşılıqlı ticarətin artırılması, investisiyaların cəlb edilməsi və prioritet iqtisadi sektorlarda birgə təşəbbüslərin genişləndirilməsi məsələlərini əhatə edib.

Adılbek Kasımaliyev görüşdə Qırğızıstan vətəndaşları üçün vizasız rejimin tətbiqi imkanını nəzərdən keçirilməsi və milli investisiya layihələrini araşdırmaq üçün BƏƏ-nin müvafiq fondlarının nümayəndələrinin Qırğızıstana göndərilməsi təklifini də verib.

Əlaqəli Xəbərlər