2029-cu il Asiya Qış Oyunlarına Qazaxıstan ev sahibliyi edəcək
Şəfa Hüseynli
Asiya Olimpiya Şurası (AOK) Almatı şəhərinin 2029-cu il Asiya Qış Oyunlarına ev sahibliyi edəcəyini açıqlayıb.
Operativ Media xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.
Bildirilib ki, Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan 2029-cu il Asiya Qış Oyunları təxirə salınıb.
Qərar iki təşkilat arasında geniş məsləhətləşmələrdən sonra qəbul edilib və Səudiyyə Ərəbistanında və Qərbi Asiya regionunda qış idman növlərinin uzunmüddətli və davamlı inkişafına dair ortaq strateji öhdəliyi əks etdirir.
AOK və Qazaxıstanın İtaliyanın Milan şəhərində Ev Sahibi Şəhər Müqaviləsini imzalaması gözlənilir.