ÇL: "İnter" və "Mançester Siti" 1/4 finala yüksəldi
Əziz Əzizli
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib.
"Operativ Media" xəbər verir ki, "İnter" Portuqaliyada "Portu"nun qonağı olub. Görüş qolsuz bərabərliklə başa çatıb. İki oyunun nəticəsinə görə üstün olan "İnter" mərhələ adlayıb.
Digər oyunda "Mançester Siti" azarkeşləri önündə "Leypsiq"i darmadağın edərək 1/4 finala yüksəlib.