Menyu

Çində qocalar evində baş verən yanğında beş nəfər ölüb

Şəfa Hüseynli
Çində qocalar evində baş verən yanğında beş nəfər ölüb

Çinin şimal-şərqindəki Heilunczyan əyalətində qocalar evində baş verən yanğın beş nəfərin həyatına son qoyub.

Operativ Media xəbər verir ki, bu barədə Çin mərkəzi televiziyası məlumat yayıb.

Bildirilib ki, fövqəladə hal Qiqihar şəhərində baş verib. Yanğınsöndürənlərin tez bir zamanda alovu söndürməsinə baxmayaraq, ölən və yaralananlar var.

Polis yanğının səbəbini müəyyənləşdirir və araşdırma aparılır. 

Əlaqəli Xəbərlər