Gəncədə kanalizasiya xəttinin təmiri zamanı partlayış olub, xəsarət alanlar var - YENİLƏNİB
Gəncə şəhərində baş verən hadisə ilə əlaqədar 02.02.2026-cı il tarixində saat 17:00 radələrində 2 nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Operativ Media-nın sorğusuna cavab olaraq bildirilib ki, müxtəlif yanıq xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda onların müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, digərinin orta ağır qiymətləndirilir.
***
17:16
Gəncə şəhərində kanalizasiya quyusu yaxınlığında qaynaq işi görülərkən baş verən partlayış zamanı üç nəfər xəsarət alıb.
Operativ Media yerli KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1984-cü il təvəllüdlü Anar Zamanov, 1989- cu il təvəllüdlü Mahir Bağırov və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.