Suriya təhlükəsizlik qüvvələri kürdlərin nəzarətində olan Haseke şəhərinə daxil olub
Şəfa Hüseynli
Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələri ölkənin şimal-şərqində, kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri (SDF) koalisiyasının nəzarəti altında olan eyniadlı əyalətin paytaxtı Haseke şəhərinə daxil olub.
Operativ Media xəbər verir ki, bu barədə "Syria TV" məlumat yayıb.
Kanalın yayımladığı görüntülərə görə, Suriya hökuməti ilə SDF arasında əldə edilən razılaşmaya uyğun olaraq təhlükəsizlik tapşırıqlarını yerinə yetirmək üçün Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələrindən ibarət karvan kəndə gəlib.
Suriya TV-nin məlumatına görə, təhlükəsizlik qüvvələri də öz bölmələrini Qamışlı şəhərinə yerləşdirməyə hazırlaşır.