Ankarada Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun səkkizinci iclası keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə Türkiyə xarici işlər naziri Hakan Fidan və Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayev həmsədrlik edib. Bundan əvvəl nazirlər arasında ikitərəfli görüş keçirilib.