Aİ Ukraynaya dəstək fonduna 2 milyard avro ayırdı
Avropa İttifaqı Şurası Sülh Fondunun büdcəsini 2 milyard artırmaq qərarına gəlib.
"Operativ Media" xəbər verir ki, bu barədə Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Cozep Borrel bildirib.
"Bugünkü qərarla Avropa Sülh Fondunun büdcəsi 7,9 milyard avrodan çox olacaq. Bu fondun maliyyə dayanıqlığının təmin edilməsi təkcə Ukraynanın deyil, həm də Avropanın, Afrikanın və Yaxın Şərqin digər bölgələrindəki tərəfdaşların dəstəklənməsi üçün çox vacibdir", - Borrel qeyd edib.
Avropa Sülh Fondu 2021-ci ilin martında Aİ-nin ittifaqa daxil olmayan ölkələrlə qarşılıqlı əlaqədə olması üçün yaradılıb. Bu fond Ukraynaya dəstəyi, o cümlədən hərbi yardımı maliyyələşdirir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net