Menyu

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

Redaksiya
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı açıqlanıb.

Bu barədə "Operativ Media"ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada infeksiyaya 65 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 48 nəfər isə sağalıb.

Qeyd olunub ki, həmçinin son sutka ərzində koronavirusdan 3 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 829 011 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 818 638 nəfər müalicə olunaraq sağalıb, hazırda 226 aktiv xəstə var. Bu günə qədər 10 147 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 558, bu günə qədər isə ümumilikdə 7 543 617 test icra olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər